Rusiyada qaz kəmərində partlayış baş verdiyi bildirilib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Rusiyanın Omsk bölgəsində təbii qaz kəmərində partlayış qeydə alınıb.
Omsk vilayətinin qubernatoru Vitali Xotsenko, bölgədə əsas qaz kəmərinin yeraltı hissəsində qaz sızması səbəbindən yanğın baş verdiyini bildirib. Rəsmi şəxslər, bölgə sakinləri və yaxın ərazilərdəki yaşayış məntəqələri üçün hər hansı bir təhlükənin olmadığını açıqlayıb.