Türkiyədə 3 polisin şəhid olduğu hücumla bağlı həbs olunanlar var

12:32 - 18 Noyabr 2025

Türkiyədə 3 polisin şəhid olduğu hücumla bağlı həbs olunanlar var

Türkiyənin İzmir şəhərində 3 polis əməkdaşının şəhid olduğu hücumla bağlı aparılan istintaq çərçivəsində həbs olunanlar var.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, İzmir Cümhuriyyət Baş Prokurorluğu tərəfindən Balçova Salih İşgören Polis Mərkəzinə qarşı həyata keçirilən və 3 polis əməkdaşının şəhid olduğu terror hücumuyla bağlı aparılan istintaq çərçivəsində "Ebu Hanzala" kod adıyla tanınan Halis Bayancuk, "Ebu Haris" kod adıyla tanınan Haris Karadağ və "Ebu Ubeyde" kod adıyla tanınan İlyas Aydın haqqında həbs qərarı çıxarılıb.

İzmir Polis İdarəsinin Terrorla Mübarizə və Kəşfiyyat Şöbəsi tərəfindən səhər saatlarında həyata keçirilən əməliyyat nəticəsində Bayancuk İstanbulda, Karadağ isə İzmirdə keçirilən əməliyyatda həbs olunub.

Aydının isə xaricdə olduğu müəyyən edilib. Həbs edilən şübhəlilərin, hücumu həyata keçirən 16 yaşlı Eren Bigül ilə əlaqələrinin araşdırılacağı bildirilir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az