Ukrayna Prezidenti Volodimir Zelenski çərşənbə günü Türkiyəyə gələrək bir sıra görüşlər keçirəcəyini açıqlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski, "Sabah Türkiyədə görüşlər keçirəcəyəm. Danışıqları yenidən canlandırmaq üçün hazırlıqlar görürük və tərəfdaşlarımıza təqdim edəcəyimiz həllər hazırlamışıq. Müharibəni bitirmək üçün mümkün olan heç bir şeydən qaçmamaq Ukraynanın ən vacib prioritetidir. Həmçinin, müharibə əsirlərinin mübadiləsini yenidən başlatmaq və onları evə gətirmək üçün də çalışırıq," - deyə bildirib.