Gəncədə küçə itləri yaşlı qadına xəsarətlər yetirdilər

17:50 - 19 İyul 2023

Gəncədə küçə itləri yaşlı qadına xəsarətlər yetirdilər

Gəncədə 71 yaşlı qadın bazar ərazisində küçə itlərinin hücumuna məruz qalıb.

 

Manset.az “Report”a istinadən xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə qəsəbəsində yerləşən yarmarka ərazisində qeydə alınıb.

Belə ki, bir neçə küçə itinin hücumuna məruz qalan Gəncə şəhər sakini, 1952-ci il təvəllüdlü Sədaqət Həsən qızı Xəlilova itlərin dişləməsi nəticəsində müxtəlif bədən xəsarətləri alıb.

Zərərçəkmiş xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az