Oğuzda ağır qəza - Bir ailənin 4 üzvü yaralandı (YENİLƏNİB)

21:23 - 19 İyul 2023

Oğuzda ağır qəza - Bir ailənin 4 üzvü yaralandı (YENİLƏNİB)

Qəzada xəsarət alanların şəxsiyyətləri bəlli olub.

 

Manset.az Report-a istinadən xəbər verir ki, "Chevrolet Cruze" markalı avtomobilin yoldan çıxaraq aşması nəticəsində bir ailənin 4 üzvü, Bakı şəhər sakinləri - 1988-ci il təvəllüdlü Şirinov Kəbirağa Elbrus oğlu, 1993-cü il təvəllüdlü Şirinova Sevda Şəmşid qızı, 2013-cü il təvəllüdlü Şirinov Elburus Kəbirağa oğlu və 2012-ci il təvəllüdlü Şirinov Məhəmmədhüseyin Kəbirağa oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

***21:15

Oğuzda baş verən yol qəzasında 3 nəfər xəsarət alıb.

 

Manset.az Report-a istinadən xəbər verir ki, hadisə Kərimli-Oğuz-Şəki avtomobil yolunun rayonun Yaqublu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

"Chevrolet Cruze" markalı avtomobilin yoldan çıxaraq aşması nəticəsində nəqliyyat vasitəsində olan 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az