Ramiz Mehdiyevin gəlininin yerinə o təyin olundu - FOTO

15:30 - 17 Noyabr 2025

Ramiz Mehdiyevin gəlininin yerinə o təyin olundu - FOTO

Azərbaycan Tibb Universitetinin Onkologiya Klinikasında yeni kadr təyinatı olub.


Manset.az-ın əldə etdiyi məlumata görə, klinikanın müalicə işləri üzrə direktor müavini vəzifəsinə tibb üzrə fəlsəfə doktoru Tamara Sayad qızı Quliyeva təyin olunub.

O, bu təyinata qədər Onkologiya Klinikasının poliklinika və diaqnostika şöbəsinin müdiri vəzifəsində çalışıb.

Qeyd edək ki, bundan əvvəl həmin vəzifəni Ramiz Mehdiyevin gəlini Nigar Mehdiyeva tuturdu. O, qayınatası dövlətə xəyanət və digər cinayətlərdə ittiham olunduqdan sonra vəzifəsindən azad olunmuşdur.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az