Azərbaycanda avtomobil dərəyə aşdı: Yaralılar var

22:26 - 20 İyul 2023

Azərbaycanda avtomobil dərəyə aşdı: Yaralılar var

Hacıqabulda avtomobil aşıb, 4 nəfər xəsarət alıb.

 

Manset.az xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Padarçöl ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Mercedes” markalı avtomobil anidən idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Qəza nəticəsində Sabirabad rayon sakinləri, 2003-cü il təvəllüdlü Quliyev Fərhad Ədalət oğlu, Rəhimov Həsən Arif oğlu, 2000-ci il təvəllüdlü Abdullazadə Rəşid Rəşad oğlu və 2005-ci il təvəllüdlü Gülməmmədov Amin Vasif oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az