Oğuzda mal tövləsi və ot anbarı yanır

22:37 - 15 Sentyabr 2021

Oğuzda mal tövləsi və ot anbarı yanır

Oğuz rayonunda yanğın baş verib.

Manşet.az xəbər verir ki,  hadisə axşam saatlarında Yaqublu kəndində qeydə alınıb.

Kənd sakini Rəhman İsmayılova məxsus mal tövləsi və ot anbarı anidən alışıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Oğuz rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən texnikası və şəxsi heyəti cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər aparılır.

Report


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az