Gənc döyülərək qətlə YETİRİLDİ

09:33 - 16 Sentyabr 2021

Gənc döyülərək qətlə YETİRİLDİ

Bakının Xətai rayonunda qətl hadisəsi baş verib.

Manset.az apa-ya istinadən xəbər verir ki, hadisə Əhmədli qəsəbəsində qeydə alınıb. 

Məhəmməd Hadi küçəsi 74, mənzil 94 ünvanında yaşayan 1994-cü il təvəllüdlü Hüseynov Hüseyn Faiq oğlu hələlik adı, soyadı bilinməyən şəxs tərəfindən döyülərək ağır xəsarət alıb.

Yaralı xəstəxanaya çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, o dünyasını dəyişib.

Fakt Xətai Rayon Prokurorluğu tərəfindən araşdırılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az