Gəncə şəhərində ağır yol nəqliyyat hadisəsi baş verib.
Manset.az xəbər verir ki, şəhərin "Kolkoz" bazarının yaxınlığında yüksək sürətlə hərəkətdə olan avtomobil idarəetməni itirərək ərazidə xidmətdə olan mühafizəçini vurub.
Hadisə anbaan ətrafda olan təhlükəsizlik kamerasına düşüb. Hadisə nəticəsində iki nəfərin ağır xəsarət aldığı bildirilir.