Mingəçevirdə sahibsiz it Kəlbəcər sakininə hücum edərək ağır xəsarətlər yetirdi

21:47 - 23 Sentyabr 2021

Mingəçevirdə sahibsiz it Kəlbəcər sakininə hücum edərək ağır xəsarətlər yetirdi

Mingəçevirdə məcburi köçkünlərin bir qisminin müvəqqəti məskunlaşdığı Dəmir-beton məmulatları zavodunun ərazisində 62 yaşlı kişi sahibsiz itin hücumuna məruz qalıb.

Manşet.az xəbər verir ki, Sahibsiz it 1959-cu il təvəllüdlü Kəlbəcər rayon sakini Bəşirov İslam Bəşir oğluna ağır xəsarətlər yetirib.

İ.Bəşirov hər iki qollarından, ayaq, diz və topuq nahiyələrinin çoxsaylı kəsilmiş yaralarla xəstəxanaya çatdırılıb.

Yaralıya ilkin tibbi yardım göstərilib və quduzluq əleyhinə vaksin vurulub.

APA


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az