Naxçıvanda AĞIR QƏZA - Ata öldü, arvad-uşağı yaralandı

11:01 - 07 Oktyabr 2023

Naxçıvanda AĞIR QƏZA - Ata öldü, arvad-uşağı yaralandı

Naxçıvanda ölümlə nəticələnən ağır yol qəzası olub.


Manset.az lent.az-a istinadən xəbər verir ki, hadisə Naxçıvan şəhəri, "Koroğlu" dairəsində qeydə alınıb. 28 yaşlı İbrahimli Fərdi Azər oğlunun idarə etdiyi "Mercedes E-Class" markalı avtomobillə 35 yaşlı Süleymanov Azər Abbas oğlunun idarə etdiyi "QAZ-3130" markal ıavtomobil toqquşub.

Nəticədə sürücü A. Sülemanov hadisə yerində ölüb, onun arvadı 35 yaşlı Münəvvər Tanrıverdiyeva, 10 yaşlı oğlu Abbas və hələ 1 yaşı tamam olmayan qızı Alisa müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı cinayət işi başlanıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az