Göygöldə qəza olub - Xəsarət alanlar var

17:52 - 21 Oktyabr 2023

Göygöldə qəza olub - Xəsarət alanlar var

Göygöl şəhərində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

 

Manset.az "Report"a istinadən xəbər verir ki, "VAZ-2106" və "UAZ" markalı avtomobillər toqquşub.

Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı "VAZ" markalı avtomobilin sürücüsü - 1958-ci il təvəllüdlü Z.Süleymanov və onun sərnişini R.Fəzliyeva xəsarət alıblar.

Onlar xəstəxanaya çatdırılıb, vəziyyətləri kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, "VAZ" markalı avtomobil taksi kimi fəaliyyət göstərib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az