Tovuzda 5 nəfər kanala düşdü

21:35 - 21 Oktyabr 2023

Tovuzda 5 nəfər kanala düşdü

Tovuz rayonunda beş nəfər yerli sakin ehtiyatsızlıqdan su kanalına düşərək xəsarətlər alıb.

 

Manset.az xəbər verir ki, hadisə Düz Cırdaxan kənd ərazisində qeydə alınıb.

Belə ki, su kanalı üzərində olan bənddən keçmək istəyən 5 şəxs ehtiyatsızlıqdan kanala düşüblər.

Zərərçəkmişlər xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az