Maşın keçiddə 4 nəfəri vurdu - Ölən var

09:23 - 12 Dekabr 2023

Maşın keçiddə 4 nəfəri vurdu - Ölən var

Dünən axşam saatlarında Nərimanov rayonunda ağır yol qəzası baş verib.

 

Manset.az qafqazinfo-ya istinadən xəbər verir ki, saat 19:10 radələrində Əhməd Rəcəbli küçəsindəki piyada keçidində (“Hilal” mağazasının qarşısı) R.Rüstəmov “Xəzər” markalı avtomobillə 4 nəfəri vurub.

Nəticədə piyadalardan 1948-ci il təvəllüdlü Hüseynova Sara Abdulla qızı aldığı xəsarətlərdən hadisə yerində ölüb. Fərzəliyeva Sevil Abbas qızı isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Daha 2 nəfərə isə yerində tibbi yardım göstəriləndən sonra evə buraxılıblar.

Faktla bağlı Nərimanov RPİ-nin İŞ-də CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az