Mikroavtobus maneəyə çırpıldı - 3 nəfər yaralandı

10:43 - 16 Dekabr 2023

Mikroavtobus maneəyə çırpıldı - 3 nəfər yaralandı

Ağdam rayonu, Birinci Dördyol qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

 

Manset.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Qarabağ Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” markalı mikroavtobus yol kənarındakı maneəyə çırpılıb, 3 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb. Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 3 nəfər müxtəlif xəsarətlərlə nəqliyyat vasitəsindən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az