Bərdədə yol qəzası oldu, iki nəfər xəsarət aldı

20:04 - 04 Oktyabr 2021

Bərdədə yol qəzası oldu, iki nəfər xəsarət aldı

Bərdə rayonunda yol nəqliyyat hadisəsi baş verib.

Manşet.az-ınxəbərinə görə, hadisə Borsunlu-Hindarx yolunun Bərdə rayon Şahvəlilər kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 10 KT 731 dövlət nömrə nişanlı, "Volqa QAZ-3110” markalı minik maşını idarəetməni itirərək yol kənarına aşıb.

Hadisə nəticəsində iki nəfər xəsarət alıb. Hələ ki, onların kimliyi məlum deyil. Hər iki yaralı Ağdam Mərkəzi Rayon Xəstəxanasında ilkin tibbi yardım göstərildikdən sonra Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az