Şəmkirdə istixananı alov bürüdü - 1 ton yağ yandı

11:20 - 19 Dekabr 2023

Şəmkirdə istixananı alov bürüdü - 1 ton yağ yandı

Şəmkir rayonunun Xuluf kəndində istixana ərazisində yanğın qeydə alınıb.

Manset.az report-a istinadən xəbər verir ki, yanğın nəticəsində istixananın ərazisində ümumi sahəsi 52 kvadratmetr olan qazanxanın taxta atmaları, 1 ton yağ çəlləyi və ona bitişik olan 160 kvadratmetr talvar yanıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Şəmkir Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub və yanğın söndürlüb.

İstixana isə yanğından mühafizə olunub.

Hadisənin səbəbləri araşdırılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az