Zaqatalada yanğın hadisəsi baş verib.
Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Cımcımax kəndində 1995-ci il təvəllüdlü Əliyev Mətləb Nəriman oğluna məxsus evdə baş verib.
Yanğın yerinə Zaqatala YMH-nin texnikaları cəlb olunub.
Hadisə zamanı ümumi sahəsi 200 kv/m olan evin 170 k/m sahəsi tamamilə yanıb.
Yanğında xəsarət alan olmayıb.