Bakı-Moskva reysi ilə uçan sərnişin hava limanında öldü

15:10 - 10 Fevral 2024

Bakı-Moskva reysi ilə uçan sərnişin hava limanında öldü

Rusiyanın “Aeroflot” aviaşirkətinə məxsus “Su 1857” təyyarəsi Bakı-Moskva reysi ilə uçan sərnişin Şeremetyevo hava limanında ölüb.

 

Manset.az "Report"a istinadən xəbər verir ki, buna səbəb sərnişinin tromb problemi olub.

Bildirilib ki, Su-1857 təyyarəsi fevralın 6-da axşam saatlarında Bakıdan gəlib. O, yerə enən zaman Yuri Z. adlı sərnişin qəfildən özünü yaxşı hiss etməyib və boğulmağa başlayıb. Daha sonra huşunu itirib.

Məlumata görə, təcili yardım maşını B terminalının 178 saylı dayanacağına gələnə kimi sərnişin artıq ölmüş olub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az