Füzulidə torpaq uçqunu altında qalan şəxs xilas edildi - VİDEO

14:13 - 11 Fevral 2024

Füzulidə torpaq uçqunu altında qalan şəxs xilas edildi - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Füzuli şəhəri ərazisində torpaq uçqunu nəticəsində vətəndaşın uçqun atında qalması barədə məlumat daxil olub.

 

Fövqəladə Hallar Nazirliyindən Manset.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, yeraltı qaz boru xəttində bərpa işləri aparılan zaman baş vermiş torpaq uçqunu nəticəsində bir nəfər vətəndaş uçqun altında qalıb.

Həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində vətəndaş uçqun altından çıxarılaraq xilas edilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az