Azərbaycan güləşçisi Murad Məmmədov (63 kq) Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatının qalibi olub.
Manset.az xəbər verir ki, o, bu gün finalda Aleksandr Qruşinə (Ukrayna) 2:1 hesabı ilə qalib gələrək qızıl medala yiyələnib. Bu, Azərbaycan yığmasının Buxarestdəki qitə birinciliyində ilk qızıl medalı olub.
Daha bir Azərbaycan güləşçisi Rəşad Məmmədov (55 kq) isə həlledici görüşdə Artyom Deleanuya (Moldova) uduzub - 3:5.