Cavadov da Avropa çempionatında qüvvəsini sınadı

18:18 - 15 Fevral 2024

Cavadov da Avropa çempionatında qüvvəsini sınadı

Bolqarıstanın paytaxtı Sofiyada keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatı davam edir.

 

Manset.az  xəbər verir ki, 43 ölkədən 402 atletin (202 kişi + 200 qadın) iştirak etdiyi yarışda Azərbaycan yığma komandasının üzvləri də çıxış edirlər. 

Bu gün onlardan daha biri – Ömər Cavadov körpücük üzərinə qalxıb. O, 73 kq çəki dərəcəsinin B qrupunda qüvvəsini sınayıb. 
Ömər toplam 318 kq (152+166) nəticə ilə B qrupunda 2-ci yeri tutub.

Atletimizin yekun sıralamadakı yeri bu çəki dərəcəsinin A qrupunda çıxışlar başa çatandan sonra məlum olacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az