"Qarabağ"ın oyunçusu Abdullah Zubir Avropa Liqasında pley-off mərhələsinin ilk matçlarından sonra həftənin ən yaxşı futbolçusu seçilib.
Manset.az xəbər verir ki, bu barədə UEFA-nın saytı məlumat yayıb. 32 yaşlı yarımmüdafiəçi "Milan"dan Ruben Loftus-Çik, "Qalatasaray"dan Mauro İkardi və "Benfika"dan Anhel Di Mariyanı qabaqlayıb.
Zubir ötən gecə Portuqaliya "Braqa"sına qarşı səfər matçında 2 qol vurub və 1 qolun ötürməsini edib.
Sözügedən görüş "Qarabağ"ın 4:2 hesablı qələbəsi ilə başa çatıb.