"Fənərbağça" liderliyə yüksəldi

23:55 - 17 Fevral 2024

\"Fənərbağça\" liderliyə yüksəldi

Futbol üzrə Türkiyə Superliqasında 26-cı turun daha 3 oyunu keçirilib.

 

Manset.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, günün ilk oyunlarında "Antalyaspor" "İstanbulspor"la 2:2, "Sivasspor" "Hatayspor"la 1:1 hesablı heç-heçə edib.

Günün son matçında isə "Fənərbağça" səfərdə "Rizəspor"a 3:1 hesabı ilə qalib gəlib. Bu nəticədən sonra xallarını 67-yə çatdıran İstanbul təmsilçisi liderliyə yüksəlib. "Qalatasaray" isə 66 xalla ikincidir.

Qeyd edək ki, turun digər oyunları fevralın 18-də keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az