“Real Madrid”in “Mançester Siti”ni mübarizədən kənarlaşdırdığı oyunda son penalti ilə matçı qazanan "Real Madrid"in uğurlu müdafiəçisi Antonio Rüdigerin etdiyi jest sosial mediada qısa zamanda milyonlarla insan tərəfindən bəyənilib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Antonio Rüdiger kameralara "Allahu Əkbər, yes!" deyə qışqıraraq şəhadət barmağı ilə göy üzünün göstərib.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda “Real Madrid” səfərdə “Mançester Siti” ilə qarşılaşıb. İlk görüş 3:3 hesablı heç-heçə ilə başa çatıb və heç bir komanda üstünlük əldə edə bilməyib. İlk 90 dəqiqə, daha sonra isə 120 dəqiqə heç-heçə bitdikdən sonra son söz penaltilərdə qalıb.
Əfsanə Rəcəb
Manşet.az