"Fənərbağça" mövsümün sonunda baş məşqçi İsmail Kartalla yollarını ayırmağı planlaşdırır.
Manset.az Bizim.Media-ya istinadən xəbər verir ki, bu barədə "Sabah" nəşri məlumat yayıb.
Yeni mövsüm üçün İstanbul təmsilçisinin baş məşqçisi postuna namizədlərdən biri Joze Mourinyodur. "Fənərbağça"nın idman direktoru Mario Branko portuqaliyalı mütəxəssislə danışıqlara başlayıb.
Qeyd edək ki, Joze Mourinyo son olaraq "Roma"nı çalışdırıb. O, yanvar ayında istefaya göndərilib.