"Mançester Siti" klubunun braziliyalı qolkiperi Ederson Satalanta yeni mövsümdən etibarən Səudiyyə Ərəbistanı klubuna keçməyə hazırlaşır.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, təcrübəli qolkiper Kriştianu Ronaldunun komanda yoldaşı olacaq. "Ən-Nəsr" klubunun qolkiperin keçidi üçün nə qədər məbləğ təklif etdiyi isə hələlik bəlli deyil.
Qeyd edək ki, Ederson Satalanta 2017-ci ildən "Mançester Siti" klubunun şərəfini qoruyur.
Fidan Əliyeva
Manşet.az