ABŞ Prezidenti Donald Tramp Qrenlandiya ilə bağlı tələblərini yenidən ifadə edərək, "ABŞ-ın milli təhlükəsizlik məqsədi ilə Qrenlandiyaya ehtiyacı var. Hazırladığımız "Qızıl Qübbə" layihəsi üçün həyati əhəmiyyət daşıyır" - açıqlamasını verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Tramp əgər bu ərazini ABŞ almazsa, bölgənin Rusiyanın və Çinin nəzarətinə keçəcəyini iddia edərək, NATO-nun ABŞ-a kömək etməli olduğunu vurğulayıb.
Qrenlandiyanın ABŞ-a verilməsini tələb edən Tramp "Truth Social" sosial media platformasında bu məsələyə dair yeni bir mesaj paylaşıb.