İran Xarici İşlər Naziri Abbas Araqçi ABŞ-ı iyun ayında İranın nüvə obyektlərini vuraraq etdiyi səhvi təkrarlamaması barədə xəbərdarlıq edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, nazir "Bu məsələdə ABŞ ilə müsbət təcrübəmiz olmasa da, yenə də diplomatiya müharibədən çox daha yaxşıdır" - deyib.
Ölkəsindəki etirazların zorakılığa çevrilməsindən İsrail tərəfindən təhrik olunan terrorçu qrupların məsul olduğunu bildirən Araqçi "Üç gün davam edən terror hadisələrindən sonra sakitlik hökm sürür. Bütün nəzarət bizdədir" - açıqlamasını verdi.
İran Xarici İşlər Naziri Abbas Araqçi ABŞ mərkəzli "Fox News" kanalında yayımlanan bir proqramda ölkəsindəki etiraz aksiyaları barədə şərhlər verib. Etirazların xaricdən təhrik edildiyini və terror hadisələrinə çevrildiyini vurğulayan Araqçi "Xaricdən yönləndirilən terrorçu qruplar bu etirazlara qoşularaq polisə və digər təhlükəsizlik qüvvələrinə atəş açmağa başladılar. Üç gün boyunca biz etirazçılarla deyil, terrorçularla mübarizə apardıq" - deyib.