Dünyanın ən zəngin insanı Elon Muska məxsus sosial media platforması X-in süni intellekt modeli Grok artıq insanların şəkilləri üzərində cinsi məzmunlu vizuallar yaratmayacaq.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, X-in bu qərarı qəbul etməsinin səbəbi, süni intellekt vasitəsilə hazırlanan cinsi məzmunlu saxtakarlıq və "deepfake" görüntüləri ilə bağlı narahatlıqların artmasıdır.
Platformadan verilən açıqlamada "Grok-un, real şəxslərin şəkillərini, onları bikini və ya digər açıq geyimlərdə göstərməsini əngəlləmək üçün texnoloji tədbirlər almışıq" - qeyd edilib.
Açıqlamada bu məhdudiyyətin X-in ödənişli abunəçiləri də daxil olmaqla bütün istifadəçilər üçün keçərli olduğu vurğulanıb.