Türkiyənin voleybol komandası Paris-2024-də qələbə qazandı

16:45 - 29 İyul 2024

Türkiyənin voleybol komandası Paris-2024-də qələbə qazandı

Türkiyə millisinin qadınlardan ibarət voleybol komandası Paris-2024 Yay Olimpiya Oyunlarında Niderlandla görüşdə geridönüş edərək qələbə qazanıb.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, Niderland seçməsi 2:0 hesabı ilə öndə olsa da, "ay-ulduzlular" geridönüş etməyi bacarıblar.

Qarşılaşma Türkiyə seçməsinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Türkiyə seçməsi avqustun birində Dominikan Respublikası millisi ilə, avqustun dördündə isə İtaliya seçmə komandası ilə qarşılaşacaq.

 

 

Fidan Əliyeva

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az