İtaliyanın Roma şəhərində bədii gimnastika üzrə "Roma kuboku" beynəlxalq turniri keçirilib.
Manset.az xəbər verir ki, yarışda Azərbaycan da təmsil olunub.
"Ocaq sport" klubunun üzvləri turniri medallarla bitirib. Onlardan biri A kateqoriyasında yeniyetmə gimnast Zeynəb İsmayılovadır.
İdmançımız topla və alətsiz çıxışlarda qızıl medal qazanıb.
Yarışda 10-dan çox ölkənin gimnastları qüvvəsini sınayıblar.