UEFA "Fənərbaxça"ya 1 il müddətinə stadionu qismən bağlamaq cəzası verib.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, cəzaya səbəb İstanbulda "Lill" matçında meydana yad cisimlərin atılmasıdır.
Qeyd edək ki, "Lill"lə oynadığı matçlarda "Fənərbaxça" rəqibinə səfərdə 2:1 hesabı ilə uduzub, ev matçı isə 1:1 hesablı bərabərliklə yekunlaşıb və "Fənərbaxça" Çempionlar Liqası ilə vidalaşıb.
Fidan Əliyeva
Manşet.az