76 yaşlı dünya şöhrətli isveçli məşqçi Sven-Qoran Eriksson dünyasını dəyişib.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Bir müddətdir xərçənglə mübarizə aparan Eriksson ilin əvvəlində "ən yaxşı halda" yaşamaq üçün cəmi bir il qaldığını açıqlamışdı.
İsveçli məşqçi 2001-ci ildə İngiltərə Milli Komandasının ilk əcnəbi məşqçisi olub və Devid Bekhem, Stiven Cerrard, Ueyn Runi və Frenk Lempard kimi " qızıl nəsil" adlanan oyunçuları çalışdırıb.
