UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda “Beşiktaş”la “Luqano” qarşılaşıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, İsveçrənin "Luqano" komandasını 5:1 hesabı ilə məğlub edən "Beşiktaş" UEFA Avropa Liqasının qrup mərhələsinə yüksəlib.
"Beşiktaş"a qələbə qazandıran oyunçular 7 və 71-ci dəqiqələrdə Çiro İmmobile, 65-ci dəqiqədə Gedson Fernandes, 70-ci dəqiqədə Rafa Silva və 90+2 dəqiqədə Salih Uçan olub.
"Luqano"nun yeganə qolunu isə 59-cu dəqiqədə Şkelqim Vladi vurub.
Bu nəticə ilə Beşiktaş UEFA Avropa Liqasında qruplara yüksələcək, İsveçrə təmsilçisi isə UEFA Konfrans Liqasında yoluna davam edəcək.
Fidan Əliyeva
Manşet.az