"Beşiktaş" "Luqano"nu dardamağın etdi

10:13 - 30 Avqust 2024

\"Beşiktaş\" \"Luqano\"nu dardamağın etdi

UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda “Beşiktaş”la “Luqano” qarşılaşıb. 

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, İsveçrənin "Luqano" komandasını 5:1 hesabı ilə məğlub edən "Beşiktaş" UEFA Avropa Liqasının qrup mərhələsinə yüksəlib.

"Beşiktaş"a qələbə qazandıran oyunçular 7 və 71-ci dəqiqələrdə Çiro İmmobile, 65-ci dəqiqədə Gedson Fernandes, 70-ci dəqiqədə Rafa Silva və 90+2 dəqiqədə Salih Uçan olub.

"Luqano"nun yeganə qolunu isə 59-cu dəqiqədə Şkelqim Vladi vurub.

Bu nəticə ilə Beşiktaş UEFA Avropa Liqasında qruplara yüksələcək, İsveçrə təmsilçisi isə UEFA Konfrans Liqasında yoluna davam edəcək.

 

 

Fidan Əliyeva

Manşet.az
 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az