Türkiyənin məşhur futbol klubu baş məşqçisi ilə yollarını ayırdı

20:44 - 31 Avqust 2024

Türkiyənin məşhur futbol klubu baş məşqçisi ilə yollarını ayırdı

Türkiyənin "Trabzonspor" komandası baş məşqçi Abdulla Avcı ilə yollarını ayırıb.

 

Manset.az xəbər verir ki, bu barədə Superliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

62 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

"Trabzonspor" Abdulla Avcının rəhbərliyi altında bu mövsüm UEFA Avropa Konfrans Liqasının pley-off mərhələsində məğlub olaraq turnirlə erkən vidalaşıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az