AFFA 3 klubu cəzalandırdı

14:01 - 17 Sentyabr 2024

AFFA 3 klubu cəzalandırdı

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

 

Manset.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, iclasda Misli Premyer Liqasının VI turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.

“Araz-Naxçıvan” – “Kəpəz” oyunu bitdikdən sonra meydana kənar şəxs daxil olduğuna görə ev sahibi klub 800 manat cərimə edilib.

“Şamaxı” – “Sumqayıt” qarşılaşmasında bölgə təmsilçisinin 4 futbolçusu sarı vərəqə aldığına üçün klub 700 manat cərimə olunub. Həmin görüşdə “Sumqayıt”ın futbolçuları isinmə hərəkətləri zamanı Əsasnamə qaydalarının tələblərini pozduğuna görə “kimyaçılar” 500 manat ziyana düşüb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az