Əl-Hilal braziliyalı hücumçu Neymarı tərk etdiyini açıqlayıb. Tərəflər qarşılıqlı razılıq əsasında müqaviləyə xitam veriblər.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
"Əl-Hilal və Neymar qarşılıqlı razılıq əsasında futbolçunun müqaviləsini pozmağa razılaşıblar. Təşəkkürlər və uğurlar, Neymar”, - X sosial şəbəkəsindəki klubun rəsmi səhifəsində yazılıb.
Daha əvvəl Neymarın karyerasını 2013-cü ilə qədər çıxış etdiyi "Santos"da davam etdirə biləcəyi deyilirdi.
Bu mövsüm Neymar "Əl-Hilal"ın heyətində bütün turnirlərdə iki oyun keçirib, lakin heç bir təsirli çıxış edə bilməyib.