"Latsio" ispaniyalı futbolçu ilə yeni müqavilə imzaladı

17:16 - 16 İyun 2025

\"Latsio\" ispaniyalı futbolçu ilə yeni müqavilə imzaladı

İtaliyanın "Latsio" klubu 37 yaşlı ispaniyalı futbolçu Pedro Rodriqeslə yeni müqavilə imzaladığını açıqlayıb.


Manset.az xəbər verir ki, dünya və Avropa çempionu ilə anlaşmanın müddəti 2026-cı yayına qədər uzadılıb.

Vinger 2021-ci ildən çıxış etdiyi Roma klubunda 176 oyuna çıxıb və 34 qola imza atıb.

Qeyd edək ki, Pedro "Barselona"nın yetirməsidir və bu komandanın heyətində 20 kubok qazanıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az