Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsinin üçüncü turunda "Qarabağ" növbəti oyununa çıxacaq.
Manset.az xəbər verir ki, təmsilçimiz İspaniyanın "Atletik Bilbao" klubu ilə üz-üzə gələcək.
"San Mames" stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.
Qeyd edək ki, "Qarabağ" növbəti oyununu noyabrın 5-də öz meydanında "Çelsi" klubuna qarşı keçirəcək.
Xatırladaq ki, "Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsində iki görüşündən sonra altı xalla 6-cı pillədə qərarlaşıb.
Bu gün həmçinin Türkiyə "Qalatasaray"ı Norveç "Budo Qlimt"ni qəbul edəcək.
"Real" "Yuventus"la, "Çelsi" "Ayaks"la, "Bavariya" isə "Brügge" ilə qarşılaşacaq.
UEFA Çempionlar Liqası, Liqa mərhələsi, III tur
22 oktyabr
20:45. "Atletik" (İspaniya) – "Qarabağ" (Azərbaycan)
20:45. "Qalatasaray" (Türkiyə) – "Bodo/Qlimt" (Norveç)
20:45. "Monako" (Fransa) – "Tottenhem" (İngiltərə)
20:45. "Atalanta" (İtaliya) – "Slaviya Praqa" (Çexiya)
20:45. "Çelsi" (İngiltərə) – "Ayaks" (Niderland)
20:45. "Ayntraxt" (Almaniya) – "Liverpul" (İngiltərə)
20:45. "Bavariya" (Almaniya) – "Brügge" (Belçika)
20:45. "Real" (İspaniya) – "Yuventus" (İtaliya)
20:45. "Sportinq" (Portuqaliya) – "Marsel" (Fransa)