"Qarabağ"ın oyunu hansı kanalda yayımlanacaq?

10:40 - 22 Oktyabr 2025

\"Qarabağ\"ın oyunu hansı kanalda yayımlanacaq?

Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsinin üçüncü turunda "Qarabağ" növbəti oyununa çıxacaq. Təmsilçimiz İspaniyanın "Atletik Bilbao" klubu ilə üz-üzə gələcək.


Manset.az xəbər verir ki, "Qarabağ"ın UEFA Çempionlar Liqasında "Atletik Bilbao" ilə səfər matçı saat 20:45-də İctimai Televiziyanın efirində canlı yayımlanacaq.

Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasının əsas mərhələsinin ilk turunda "Benfika"ya səfərdə qalib gəlib (2:3). UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda isə "Kopenhagen" üzərində 2:0 hesablı qələbə qazanıb. Bu nəticələrdən sonra komanda 6 xalla 6-cı sırada qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az