"Atletik" - "Qarabağ" oyununda üçüncü qol vuruldu: CANLI - YENİLƏNİR

22:18 - 22 Oktyabr 2025

\"Atletik\" - \"Qarabağ\" oyununda üçüncü qol vuruldu: CANLI - YENİLƏNİR

UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunun "Atletik" (Bilbao, İspaniya) - "Qarabağ" oyununda üçüncü qol vurulub.


Manset.az xəbər verir ki, "San Mames" stadionunda keçirilən matçda meydan sahibləri hesabda irəli çıxıblar - 2:1.

70-ci dəqiqədə Robert Navarro fərqlənib.


***

21:51

UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunun "Atletik" (Bilbao, İspaniya) - "Qarabağ" oyununda ikinci hissə başlayıb.


Manset.az xəbər verir ki, "San Mames" stadionunda keçirilən matçda tərəflər hərəyə 1 dəfə fərqləniblər.

Qarşılaşmanı Xorvatiyadan olan FIFA referisi İqor Payaç idarə edir.

***

21:36

UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunun "Atletik" (Bilbao, İspaniya) - "Qarabağ" oyununda ilk hissə başa çatıb.


Manset.az xəbər verir ki, "San Mames" stadionunda keçirilən matçda tərəflər hərəyə 1 dəfə fərqləniblər.

Qarşılaşmanı Xorvatiyadan olan FIFA referisi İqor Payaç idarə edir.

***

21:28

UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunun "Atletik" (Bilbao, İspaniya) - "Qarabağ" oyununda hesab bərabərləşib.


Manset.az xəbər verir ki, "San Mames" stadionunda keçirilən matçda qonaqlar "status-kvo"nu bərpa edib - 1:1.

40-cı dəqiqədə Qorka Quruseta adını tabloya yazdırıb.

***
Leandro Andrade erkən qolla hesabı açır.

***

20:45

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin üçüncü turu çərçivəsində "Atletik Bilbao" -"Qarabağ" qarşılaşması start götürüb.


Manset.az xəbər verir ki, Bilbao şəhərinin "San Mames" stadionunda keçirilən matçı xorvatiyalı hakim İqor Payats idarə edir.

***

19:49

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin III turunda qarşılaşacaq "Atletik Bilbao" və "Qarabağ" komandalarının start heyətləri açıqlanıb.


Manset.az xəbər verir ki, "San Mames" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.

Komandalar meydana aşağıdakı heyətlə çıxacaqlar:

"Atletik": Unai Simon, Andoni Qorosabel, Aytor Paredes, Oyan Sanset, İnyaki Uilyams, Niko Uilyams, Qorka Quruseta, Emerik Lyaport, Yuri Berşiş, Mikel Xauregisar, Alexandro Reqo

"Qarabağ": Mateuş Koxalski, Kevin Medina, Mateus Silva, Bəhlul Mustafazadə, Elvin Cəfərquliyev, Kadi Borges, Pedro Bikalyo, Abdullah Zubir, Leandro Andrade, Kamilo Duran, Nəriman Axundzadə.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az