"Napoli"nin ulduzu Kevin De Bruyne "İnter"lə matçda zədələndikdən sonra pis xəbər alıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, belçikalı oyunçunun sağ diz əzələsində yüksək dərəcəli yırtıq diaqnozu qoyulub və 3-4 ay yaşıl meydanlardan kənarda qalacaq.
İtaliya A seriyasında "Napoli" - "İnter" matçında zədələnən Kevin De Bruyne sərbəst buraxılıb. "Napoli" klubu açıqlamasında ulduz futbolçunun sağ bud əzələsində ciddi yırtığın yarandığını açıqlayıb.