“Çelsi”dən “Qarabağ”a BİLDİRİŞ

11:23 - 01 Noyabr 2025

“Çelsi”dən “Qarabağ”a BİLDİRİŞ

“Çelsi” (İngiltərə) UEFA Çempionlar Liqasının 4-cü turunda “Qarabağ”la səfər oyunu ilə bağlı Ağdam təmsiçisinə rəsmi bildiriş göndərib


Manset.az Qol.az-a istinadən xəbər verir ki, bu haqda “Qarabağ” klubundan məlumat daxil olub.

Bildirişdə qeyd edilib ki, Bakıda Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək matçda “Çelsi”ni 800 nəfər azarkeş dəstəkləyəcək.

Qeyd edək ki, “Qarabağ” “Çelsi”yə 1300 nəfərlik yer ayırmışdı.

Xatırladaq ki, “Qarabağ” - “Çelsi” matçı noyabrın 5-i, yerli vaxtla saat 21:45-də başlanacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az