ProSport Gimnastika Klubunun yetirmələri beynəlxalq turnirdə uğur qazandılar - FOTOLAR

18:59 - 05 Noyabr 2025

ProSport Gimnastika Klubunun yetirmələri beynəlxalq turnirdə uğur qazandılar - FOTOLAR

ProSport Gimnastika Klubunun idmançıları Dubayda təşkil olunan “Dubai United Dream Cup 2025” bədii gimnastika üzrə beynəlxalq turnirdə yüksək nəticələr əldə ediblər.


Manset.az xəbər verir ki, Klubun təsisçilərindən olan beynəlxalq və milli dərəcəli hakim, məşqçi Leyla Hüseynli və klubun peşəkar məşqçilərindən Səbinə Əlizadənin rəhbərliyi ilə yarışa qatılan gimnastlar bir neçə nominasiyada qalib və mükafatçı olublar.

Məlumata əsasən, Babayeva Feliz (2013-cü il təvəllüdlü) lent proqramında I, çoxnövçülükdə isə III yerə layiq görülüb. Şabanova Züleyxa (2014) top ilə çıxışında I, çoxnövçülükdə II, gürzlərdə isə III yer qazanıb. Eyni yaş qrupundan olan Vəliyeva Gültəkin lentlə çıxışına görə I, çoxnövçülükdə isə III yerin sahibi olub. Nəzirli Nəzirin (2015) yarışda alətsiz proqram, gürzlər və çoxnövçülük üzrə bütün kateqoriyalarda I yerə yüksələrək turnirin ən yüksək nəticələrindən birinə imza atıb. Zeynal Canan alətsiz çıxışında II yer tutub. Həsənova Adelina isə alətsiz və çoxnövçülükdə I, halqa ilə çıxışında isə II yer qazanıb.

Klub rəhbərliyi bildirib ki, əldə olunan nailiyyətlər məşqçi heyətinin peşəkarlığının və gimnastların əzminin nəticəsidir. Qeyd olunub ki, belə beynəlxalq turnirlər uşaqlara həm böyük təcrübə qazandırır, həm də onların səhnə mədəniyyətinin formalaşmasına və yeni dostluqların qurulmasına şərait yaradır.

ProSport Gimnastika Klubunun növbəti yarışının isə dekabr ayında Dohada keçiriləcəyi planlaşdırılır. Klub bu dəfə daha çox gimnastın qatılacağını və azyaşlı idmançıların inkişafında belə turnirlərin xüsusi önəm daşıdığını vurğulayıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az