Misli Premyer Liqasında XI turu çərvçivəsində "Qəbələ" "Sumqayıt"ı qəbul edib.
Manset.az xəbər verir ki, qarşılaşma "gənclik şəhəri" təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:0.
54-cü dəqiqədə Rüstəm Əhmədzadə, 81-ci dəqiqədə Aleksandr Ramalinqom fərqləniblər.
Xallarının sayını 20-yə çatdıran "Sumqayıt" hələlik ikinci pillədə qərarlaşıb. "Qəbələ" 5 xalla onuncudur.
Qeyd edək ki, günün ilk matçında "Şamaxı" "İmişli"ni üstələyib - 1:0.