Türkiyə futbolunu sarsıdan mərc qalmaqalı ilə bağlı araşdırmalar dərinləşir. Hakim Miraç Yıldırımın 3 il əvvəlki hücumu yenidən gündəmə gəlib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, İstanbul Şəhər Prokurorluğunun başlatdığı istintaq çərçivəsində bu gün saxlanılan hakim Miraç Yıldırımın 3 il əvvəl Trabzonda küncdən bayraq dirəyi ilə hücuma məruz qalması məsələsi yenidən gündəmə gəlib. Həmin görüntülər, Yıldırımın həbsindən sonra bir daha diqqət mərkəzində olub.
Türkiyə futbolunu təlatümə salan mərc qalmaqalı ilə bağlı aparılan araşdırmaların gedişatında bu gün İstanbul Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində daha bir mühüm hadisə baş verib.