"Qarabağ"dan inamlı qələbə - Misli Premyer Liqası

20:44 - 09 Noyabr 2025

\"Qarabağ\"dan inamlı qələbə - Misli Premyer Liqası

Misli Premyer Liqasında "Zəfər Turu"nun - XI turun son oyunu keçirilib.


Manset.az xəbər verir ki, turun son oyununda "Qarabağ" - "Neftçi" derbisi baş tutub.

"Azərsun Arena"da keçirilən qarşılaşma "Qarabağ"ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Oyunda qolları "Qarabağ"ın heyətində Toral Bayramov (49) və Kamilo Duran (84) vurublar.

Bu nəticədən sonra rəqiblərindən bir oyun az keçirən "Qarabağ" klubu 23 xalla turnir cədvəlinin ilk pilləsində yer alıb. 15 xala malik "Neftçi" isə yeddinci pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az